Gənc Tamaşaçılar Teatrında “Dovşanın ad günü” tamaşasının premyerası keçirilib.
- xəbər
- 28 янв. 2016 г.
- 1 мин. чтения

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Dovşanın ad günü” tamaşasının premyerası keçirilib. Uşaq yazıçısı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunub.
Səhnə əsərində əsas rolları İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov ifa ediblər.
Tamaşanın premyerasından sonra çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, Xanımana Əlibəylinin qızı, professor Gülər Abdullabəyova, tənqidçi Qurban Bayramov, professor Zahid Xəlil Xanımana Əlibəylinin uşaq ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.
Bizimtv (APA)
Comments