top of page

Vitse-prezidentin həyat yoldaşı 40 kilo paxlava aldı.

  • xəbər
  • 26 янв. 2016 г.
  • 1 мин. чтения

İlk dəfə daddığı paxlavanı çox bəyənən vitse-prezidentin xanımı ölkəsinə qayıdarkən yükünü ağır “tutub”.

Bizimtv “Cihan” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Türkiyəyə rəsmi səfərə gələn ABŞ-ın vitse-prezidenti Co Baydeni müşayiət edən xanımı Cill Bayden paxlava sevgisi ilə diqqət mərkəzinə düşüb.

Məlumata görə, C.Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda olan zaman xanımı C.Baydenlə nəvəsi Naomi ABŞ-ın

Ankaradakı səfiri Con Bassın xanımı Hlli Holzer və ABŞ-ın İstanbuldakı konsulluğunun əlaqələndiricisi Selda Şerifsoy Çakırla birlikdə yerli şirniyyatların dadını çıxarıb.

Nadir Güllü tərəfindən qonaq edilən C.Bayden və onu müşayiət edən Türk şirniyyatlarının dadına baxaraq onların hazırlanma qaydaları ilə maraqlanıblar.

N.Gülünün sözlərinə görə, ABŞ vitse-prezidentinin xanımı ən çox fıstıqlı paxlavanı bəyənib və onun reseptini soruşub.

C.Bayden Ağ Evdəkiləri qonaq etmək üçün 40 kilo paxlava alıb.

bizimtv

Comentários


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page