Azərbaycan "Avroviziya"nın ilk yarımfinalında çıxış edəcək.
- mədəniyyət xəbərləri
- 25 янв. 2016 г.
- 1 мин. чтения

"Avroviziya-2016" müsabiqəsinin yarımfinallarının püşkatması keçirilib. Bizimtv "Report"a istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək mahnı müsabiqəsində Azərbaycan mayın 10-də baş tutacaq ilk yarımfinalın ikinci hissəsində çıxış edəcək. İlk yarımfinalın ilk hissəsində Xorvatiya, Finlandiya, Moldova, Ermənistan, Yunanıstan, Macarıstan, Rusiya, San Marino, Hollandiya, ikinci hissəsində isə Kipr, Malta, Bosniya və Herseqovina, Estoniya, Çexiya, Monteneqro, İslandiya və Avstriya çıxış edəcək. Qeyd edək ki, müsabiqənin finalı mayın 16-da Stokholmda "Globen Arena" konsert zalında keçiriləcək.
Bizimtv
Comments