top of page

İran Türkiyə istehsalı olan malların Rusiyaya reeksport olunmasına qadağa qoyub.

  • xəbərlər
  • 23 янв. 2016 г.
  • 1 мин. чтения

İranın ticarət naziri Məhəmməd Rza Nemətzadə Türkiyə istehsalı olan malların Rusiyaya reeksport (təkrar ixrac) olunmasına qadağa qoyub.

Bizimtv “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazirin açıqlamasında bildirilir ki, müvafiq qərar Türkiyə-Rusiya münasibətlərində yaranmış gərginlik fonunda İran istehsalçılarını mümkün risklərdən qorumaq məqsədi ilə verilib.

“Türkiyə istehsalı olan malların iranlı sahibkarlar tərəfindən reeksport olunması İranın ümumi ixrac qaydalarına ziddir”, deyə nazirin açıqlamasında bildirilir.

Məhəmməd Rza Nemətzadə qeyd edib ki, yerli sahibkarlar İran istehsalı olan malların Rusiyaya ixrac olunması üçün Tehran və Moskva arasındakı yaxşı münasibətlərdən istifadə etməlidirlər.

Bizimtv

Commenti


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page