top of page

“Əli və Nino” filmi ABŞ-da nümayiş etdiriləcək.

  • Günel Ağayeva
  • 23 янв. 2016 г.
  • 1 мин. чтения

Yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində “Əli və Nino” filminin premyerası keçiriləcək.

Filmin nümayişi 3 gün - yanvarın 27-də, 28-də və 31-də olacaq. Film 2015-ci ildə yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilib.

“Əli və Nino” filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer HemptondurFilmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlanılıb və iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində, paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.

Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.

“Sundance” beynəlxalq film festivalı 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək. Festival yanvarın 21-də başlayıb və 31-dək davam edəcək.

Bizimtv (gün.az)

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page