top of page

AŞPA-ya Dilqəm və Şahbazla bağlı qətnamə layihəsi təqdim olunub.

  • Günel Ağayeva
  • 22 янв. 2016 г.
  • 1 мин. чтения

“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qətnamə layihəsi də AŞPA-ya təqdim edilib”.

Bunu AVCİYA prezidenti, millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. O bildirib ki, yanvarın 26-da AŞPA-nın qış sessiyasında erməni işğalından bəhs edən 3 qətnamə layihəsi müzakirə olunacaq və səsverməyə çıxarılacaq: "Mətbuatda həmişə iki qətnamə layihəsi yazılır, əslində isə üçdür. Birinci qətnamə Robert Volterin hazırladığı “AzərbaycanDağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə zorakılığın artması”, ikincisi Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı məruzəsidir. Lakin bu məruzələrə əlavə olunan digər qətnamə Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması ilə bağlıdır. Hər üç qətnamə səsverməyə qoyulacaq”.

E. Süleymanov qeyd edib ki, səsvermə ərəfəsində dünya gücləri tərəfindən din xadimləri və dövlət başçıları səviyyəsində ermənilərə yardım edilir: “Hətta iş o yerə gəlib çıxıb ki, ermənilər dövlət səviyyəsində hər bir ölkənin tanınmış şəxslərindən xahiş edir və deputatlara təzyiq edirlər ki, bu qətnaməyə səs verməsinlər. Ermənistan rəhbərliyi bu qətnamədən olduqca narahat olub. Lakin biz haqqın və ədalətin qələbə çalacağına ümid edirik”.

Bizimtv (APA)

Comentarios


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page