Pakistanda hökumət binasında partlayış: Çox sayda ölü var.
- dünya xəbərləri
- 29 дек. 2015 г.
- 1 мин. чтения

Talibandan ayrılan Jamatul Ahrar adlı qrup Pakistanın Şimal-qərb əyaləti Heydərpəştunhanın Mardan mahalını qana buladı. Hökumət binasına təşkil edilən intihar hücumunda ilk gələn məlumatlara görə 18 nəfər öldü. Pakistanın Şimal-qərb əyaləti Heydərpəştunhanın Mardan mahalı Əhali müdirliyi və bəzi ictimai təşkilatlarının olduğu bina qarşısında intihar hücumu reallaşdırıldı. Hücumda 18 adam öldü 30-dan çox adam da yaralanıb. Hücumun reallaşdığı yer paytaxt İslamabaddan təxminən 110 km uzaqlıqda, İslamabad və Şimal-qərb Əyaləti Heydərpəştunhanın paytaxtı Pəşavər arasında yerləşir. Hücumu Pakistan Talibandan ayrılan Jamatul Ahrar adlı qrup boynuna götürdü. Mardan İcra Hakimiyyətinin, 8 kiloqram partlayıcı yüklü motosikletlə Əhali Müdirliyinin qapısına gələn təcavüzkarın, bomba qurğusunda girişdə partlatdığını açıqladı. Yaralılar xəstəxanaya sövq edilərkən ölü sayının artmasından narahatlıq edilir.
Bizimtv (CNNTURK)
Comments