Əfqanıstanda 10 terrorçu məhv edilib.
- Dünya xəbərləri
- 26 дек. 2015 г.
- 1 мин. чтения

Son günlər ərzində Əfqanıstan təhlükəsizlik qüvvələri antiterror əməliyyatları nəticəsində 10 terrorçunu məhv ediblər.
TASS agentliyinin yaydığı xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
“Kunduz, Sari-Pul, Herat vilayətlərində aparılan əməliyyatlar nəticəsində 10 silahlı məhv edilib, digər 3-ü yaralanıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, antiterror əməliyyatları Əfqanıstan polisi, ordu hissələri və Milli Təhlükəsizlik Direktorluğunun iştirakı ilə həyata keçirilib. Reydlər zamanı silah-sursat ələ keçirilib.
bizimtv
Comments