Rusiya Azərbaycana BMP-3 satışını 2016-cı ildə yekunlaşdıracaq.
- xəbər
- 26 дек. 2015 г.
- 1 мин. чтения

Rusiya daha əvvəl imzalanmış müqavilə çərçivəsində Azərbaycana piyadaların döyüş maşınlarının (BMP-3) çatdırılmasını 2016-cı ildə yekunlaşdıracaq.
TASS-ın verdiyi xəbərə görə, bunu “Traktornıye zavodı” konserninin nümayəndəsi deyib. O bildirib ki, Azərbaycana müqavilədə nəzərdə tutulan sayda döyüş maşınlarının göndərilməsi gələn il tamamlanacaq.
Müqavilə 2010-cu ildə imzalanıb və 2017-ci ildə tam həyata keçiriləcəyi planlaşdırılır. “BMP-3”dən başqa, Azərbaycana özüyeriyən artilleriya qurğuları və reaktiv atəş sistemləri də satılacaq.
bizimtv








Комментарии