Dilçilik İnstitutunda “Kitabi Dədə Qorqud”la bağlı Elmi Sessiya keçirilib.
- xəbər
- 26 дек. 2015 г.
- 1 мин. чтения

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Kitabi Dədə Qorqud” dastanının elmə bəlli olmasının 200 illik yubileyinə həsr olunmuş Elmi Sessiya keçirilib. İnstitutun mətbuat xidmətindən verilən xəbərə görə, konfrans prezidentİlham Əliyevin 9 aprel 2013-cü il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən keçirilib.
Tədbiri giriş sözü ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu açıb. O çıxışında “Kitabi Dədə Qorqud” dastanının haqda tədbir iştirakçılarına məlumat verib: “Dədə Qorqud haqqında Azərbaycan ədəbiyyatında Həmid Araslı, dilçilikdə Əbdüləzəl Dəmirçizadə məşğul olub”.
M. Nağısoylu qeyd edib ki, Dədə Qorqud 1815-ci ildən tədqiq olunmağa başlayıb: “Dədə Qorqudun hər sətrini dönə-dönə oxumaq lazımdır”.
Tədbirdə professorlar Sevil Mehdiyeva, İsmayıl Məmmədov, Əzizxan Tanrıverdi, filologiya üzrə fəlsəfə doktorları Vahid Zahidoğlu , İslam Sadiq çıxış ediblər.
Bizimtv (APA)
Comments