Britaniya şahzadələrinin toy tortunun dilimi 1375 dollara satılıb.
- xəbər
- 26 дек. 2015 г.
- 1 мин. чтения

Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə baş tutan toy mərasimdə kəsdikləri tortun bir parçası qablaşdırılaraq saxlanılmışdı.
Bizimtv ABŞ-ın bizpacreview.com saytına istinadən xəbər verir ki, kral ailəsinə məxsus həmin tort dilimi 34 ildən sonra hərracda 1375 ABŞ dollarına satılıb.
Qutunun üzərində gümüşü həriflərlə şahzadə Çarlzın və Diananın adlarının baş hərifləri “CD/ Bukinhem sarayı/29 iyul 1981” yazılıb.
Qeyd edək ki, Şahzadə Uilyam və Keyt Midltonun 2011-ci il aprelin 29-da olmuş toyunun tort dilimi isə 2013-cü ildə hərracda 4 min ABŞ dollarına satılmışdı.
Bizimtv
留言