top of page

Ukrayna gələn il yanvarın 1-dən Rusiyaya sanksiya tətbiq edəcək.

  • xarici xəbər
  • 24 дек. 2015 г.
  • 1 мин. чтения

Ukrayna Ali Radası hökumətə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyə icazə verib.

Bu barədə Ukrayna baş naziri Arseniy Yasenyuk Ali Radanın iclasında bildirib.

Sanksiyalar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

A. Yasenyuk parlamentə “Ukraynanın xarici iqtisadi fəaliyyəti haqqında qanun”a dəyişikliklərin edilməsi haqqında” qanun layihəsini təqdim edib. O bildirib ki, dəyişikliklərin məqsədi Rusiyaya qarşı analoji tədbirlərin həyata keçirilməsidir.

Qanun sanksiyaların tətbiq edilməsi səlahiyyətinin Ukrayna Nazirlər Kabinetinə verilməsini nəzərdə tutur.

Xatırladaq ki, Avropa İttifaqı ilə Ukrayna arasında assosiativ sazişin iqtisadi hissəsinin 2016-cı il yanvarın 1-dən qüvvəyə minməsi ilə əlaqədar Rusiyanın narahatlıqlarını aradan qaldırmaq üçün Moskva ilə aparılan danışıqlar nəticəsiz başa çatıb. Rusiya yanvarı 1-dən Ukraynaya qarşı güzəştsiz ticarət rejiminin və ərzaq embarqosunun tətbiqi barədə qərar qəbul edib.

Bizimtv (APA)

 
 
 

コメント


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page