top of page

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təb

  • xəbər
  • 24 дек. 2015 г.
  • 1 мин. чтения

Bizimtv prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, təbrikdə deyilir:

“Cənab Prezident, əziz qardaşım,

Ad gününüzü millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.

Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib.

Bu xoş fürsətdən istifadə edərək Zati-aliləri, əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərimi ifadə edirəm”.

Bizimtv

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page