top of page

Riçard Morninqstar: “Cənub Qaz Dəhlizi Avropa üçün çox əhəmiyyətlidir”.

  • xəbər
  • 24 дек. 2015 г.
  • 1 мин. чтения

Cənub Qaz Dəhlizi (SGC) əhəmiyyətli bir layihədir.

Bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Atlantika Şurasındakı Qlobal Enerji Mərkəzinin təsisçisiRiçard Morninqstar “naturalgaseurope.com”a müsahibəsində deyib.

Atlantika Şurasındakı Qlobal Enerji Mərkəzinin qurucu direktoru Riçard Morninqstar (Richard Morningstar) deyib.

“Yada salmaq lazımdır ki, ilk növbədə bu vasitə ilə ildə yalnız 10 milyard kubmetr qaz Avropaya çatacaq, əlavə olaraq 6 milyard kubmetr Türkiyəyə gedəcək. Avropanın Rusiyaya qarşı daha çox alternativləri inkişaf etdirməsi vacibdir”, - Morninqstar bildirib.

Onun sözlərinə görə, Avropa ötən 5-6 ildə enerji təhlükəsizliyinin təmini üçün tərəqqi əldə edib. Cənub dəhlizi enerji təhlükəsizliyinin genişləndirəcək yeganə mənbə deyil, Avropa üçün vacib ola bilən “Liquefied natural gas” (LNG) da var.

Bununla belə, sabiq səfir Cənub Qaz Dəhlizinin Avropa üçün çox əhəmiyyətli olduğunu əlavə edib. Xatırladıb ki, Qərb, ABŞ 90-cı illərdə Bakı-Tbilisi-Ceyhan layihəsinə dəstək göstərib.

R.Morninqstarın sözlərinə görə, SGC-nin həyata keçməməsi Rusiyanı xoşbəxt edər. İranın layihəyə qoşula bilməsinə gəlincə Morninqstar bunun bir sıra faktorlardan asılı olması qənaətindədir:

“İlk növbədə nüvə sazişi həyata keçirilməli və sanksiyalar aradan qaldırılmalıdır, bundan sonra belə bir imkan ola bilər. Lakin hələ İranın nə etmək istədiyi aydın deyil”.

Bizimtv (gün.az)

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page