İranlı pilot təyyarəni saxlaya bilmədi, dəmir maneələrə çırpdı .
- xarici xəbər
- 24 дек. 2015 г.
- 1 мин. чтения

İran təyyarəsi Atatürk Hava Limanında kiçik qəza törədib.
Bizimtv Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İran Mahan Air” hava yolları şirkətinə məxsus “Airbus A310” sərnişin təyyarəsi park edilən zaman qəza keçirib.
Pilot təyyarəni park etməli olduğu yerdə saxlaya bilməyib. Pilot 30 metr daha irəli gedən təyyarəni dəmir maneələrə çırpıldıqdan sonra durdura bilib.
Hadisə nəticəsində təyyarənin ön hissəsinə ziyan dəyib. Dəmir maneələrin aşağı hissəsində dayanan avtobusların üst hissəsi də əzilib.
Bizimtv
Comments