Baş nazir Rusiyanın bir sıra şirkətlərinə türkləri işə qəbul etməyə icazə verdi.
- Xarici xəbər
- 24 дек. 2015 г.
- 1 мин. чтения

Rusiyanın baş naziri Dmitri Medvedev bu ölkənin bir sıra şirkətlərinə türkləri işə götürməyə icazə verib.
Bizimtv Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev bununla bağlı sərəncam imzaladığını deyib.
O, deyib ki, müvafiq siyahı artıq təsdiq edilib.
“Sərəncamda türkləri işə götürməyə icazəsi olan Rusiya şirkətlərinin adları açıqlanıb. Bu qərarı qəbul edərkən biz, nazirliklərin, regionların təkliflərini nəzərə almışıq. Amma bu hamıya aid deyil. Onlar üçün türkləri işə götürmək qadağası qalır”, - Rusiya baş naziri deyib.
Bizimtv
Comments