Türkiyədə terrorçuların hücumu nəticəsində 2 polis şəhid olub.
- Dünya xəbərləri
- 15 дек. 2015 г.
- 1 мин. чтения

Bu gün günorta saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonu ərazisində PKK terrorçuları polisə hücum edib.
Hadisə Diyarbəkir-Silvan magistralında baş verib. PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı maddə zirehli polis maşını keçən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Nəticədə maşında olan 5 polis əməkdaşı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan ikisi dünyasını dəyişib. Digər 3 yaralının müalicəsi davam edir.
Bizimtv (APA)
Comments