top of page

“Anacan.az” ailə portalının təqdimat mərasimi keçirildi.

  • Günel Ağayeva
  • 15 дек. 2015 г.
  • 1 мин. чтения

15 dekabr Muzey Mərkəzinin Akt zalında “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci il üçün elan etdiyi ikinci maliyyə müsabiqəsinin qalibi olan “Sağlam gələcək naminə ailə portalının yaradılması” layihəsi çərçivəsində yaradılan, “Anacan.az” ailə portalının təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan Uşaq və Yeniyetmələrə Dəstək İB-nin sədri Fərhad Abdulov ailə institutunda olan problemləri, statistik göstəriciləri qeyd etməklə bugün ki gün ailə portalının yaranmasına zərurət olduğunu qeyd etdi. Ərsəyə gələn “Anacan.az” ailə portalının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugünki,gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uşaq, ailə və qadın siyasətinə xidmət etdiyini qeyd etdi. Tədbirdə iştirak edən Azərbaycan Dövlət İnformasiya agentliyinin müxbiri Zərəngiz Mənsurova, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, Təhsil Nazirliyinin nümayəndəsi Namiq Zeynalov, Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəsirov Xəlil, Müdafiə Nazirliyin nümayəndəsi Rövşən Qarayev, Pozitiv Psixologiya Mərkəzinin rəhbəri Arzu Müzəffərova, Uniklinikanın pediatrı Günay Rəsulova çıxışlar etdilər. Birliyin İdarə Heyətinin sədri Ağayeva Reyhanə “Anacan.az” ailə portalının təqdimatını etdi. Layihəyə dəstək olanlara həvəsləndirici “Təşəkkürnamələr” verildi. Layihənin məqsədi gələcək nəslin fiziki və mənəvi sağlam formalaşması üçün ailə quran cütlüklərin,valideyn olmağa hazırlaşanların və valideynlərin maariflənə biləcəyi milli ailə portalı yaradıb fəaliyyət göstərməklə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının 10-cu bölməsində “cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi” müddəasına töhfə verməkdir.

Bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page