Neftçilərin xatirəsi üçün dənizə qərənfil atıldı.
- Günel Ağayeva
- 7 дек. 2015 г.
- 1 мин. чтения

Bu gün Dənizkənarı parkda “Dənizə bir qərənfil ataq" adlı anım tədbiri keçirilib. Bir qrup insan “Günəşli” platformasında baş verən qəza nəticəsində itkin düşənləri xatırlayıblar. Onlar bulvara gül düzərək, dənizə qərənfil atıblar. Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir.
bizimtv


Comentarios