top of page

Məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq.

  • xəbər
  • 7 дек. 2015 г.
  • 1 мин. чтения

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ARDNŞ-nin Xəzər dənizindəki “Günəşli” yatağındakı neft platformasında baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərə Uca Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadənin göstərişi ilə bu günlər paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə faciə qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və fədakar neftçilərin ailə üzvlərinə Allah-Təaladan səbr və məğfirət, yaralıla şəfa, xilasedicilərin işinə Uca Yaradanımızdan rəvac diləyib.

bizimtv

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page