Kəmaləddin Heydərov və Rövnəq Abdullayev faciə ilə bağlı müşavirə keçirdi.
- Günel Ağayeva
- 7 дек. 2015 г.
- 1 мин. чтения

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub.
Bizimtv FHN-ə istinadla verdiyi məlumata görə, əraziyə baxış keçirən nazir baş vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində tanış olub.
Sonra nazir Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış qərargahda birgə müşavirə keçirib, qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri müzakirə ediblər.
bizimtv
Comments