FHN-in helikopterləri dənizdə 6 neftçinin cəsədini aşkar edib.
- xəbər
- 7 дек. 2015 г.
- 1 мин. чтения

Qəza baş vermiş özüldən 65-70 km məsafədə FHN-in helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.
Bizimtv FHN-ə istinadla verdiyi məlumata görə, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb. Bunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaqdır. Axtarış əməliyyatı davam etdirilir.
Əlavə məlumat veriləcək.
bizimtv
Kommentarer