“Günəşli”də yanğın hələ də söndürülməyib.
- xəbər
- 7 дек. 2015 г.
- 1 мин. чтения

“Günəşli” platformasında itkin düşmüş 2 neftçinin cəsədi təhvil verilib, yanğını söndüermək isə mümkün olmayıb.
SOCAR-ın “Günəşli” platformasındakı çıxan yanğın zamanı itkin düşən 29 neftçidən 6-nın cəsədi artıq tapılıb. Bu barədə məlumatı SOCAR-da yaradılmış operativ qərargahın növbəti brifinqində “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov açıqlayıb. Onun sözlərinə görə, itkin düşmüş 29 neftçidən 6-nın cəsədi artıq tapılıb: “Saat 16:00-a olan məlumata görə, xilasedicilər itkin düşmüş 29 nəfərdən 6-nın cəsədini tapıblar. Onlardan ikisinin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə təhvil verilib. Tanınma prosesində məlum olub ki, bunlar Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğludur. Digər dörd nəfərin cəsədi isə Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil veriləcək”. Axtarış tədbirlərinin davam etdirildiyini bildirən B.Ağarəhimov “Günəşli” platformasında yanğının hələ söndürülmədiyini deyib.
bizimtv (gün.az)
Comments