London metrosunda naməlum şəxs dəhrə ilə 3 nəfəri yaralayıb.
- Günel Ağayeva
- 6 дек. 2015 г.
- 1 мин. чтения

London metrosunda maçete (dəhrə) ilə silahlanmış naməlum şəxsin sərnişinlərə hücumu nəticəsində 3 nəfər yaralanıb. Bizimtv “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Leytonstoun stansiyasında baş verib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
“Telegraph” nəşrinin məlumatına görə, silahlı şəxs hücum edərkən “Bu Suriyaya görədir” deyə çığırıb.
Hadisə yerinə gələn polis əməkdaşları elektroşokerdən istifadə edərək cinayətkarı saxlaya bilib.
bizimtv
Comentarios