top of page

İtkin düşənlərin ailələri ilə maraqlanmaq üçün SOCAR-da qruplar yaradılıb.

  • Günel Ağayeva
  • 6 дек. 2015 г.
  • 1 мин. чтения

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfərin yaxınlarının qayğılarını qarşılamaq üçün SOCAR-ın müxtəlif strukturlarında müvafiq qruplar yaradılıb".

Bizimtv APA-Economics-in verdiyi məlumata istinadən bildirir ki,, bunu SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Bütün işləri SOCAR-ın vitse-prezidenti Bədəl Bədəlov koordinasiya edir. Yaradılan qruplarda iştirak edən əməkdaşlarımız itkin düşənlərin yaxınları ilə mütəmadi əlaqə saxlayaraq, onların problemləri ilə maraqlanır, axtarış tədbirləri barədə lazımi informasiyanı çatdırır. Təbii ki, xəstəxanada olan əməkdaşlarımız da diqqətdən kənarda qalmayıb, onlarla da mütəmadi əlaqə saxlanılır. Bilirsiniz ki, ölkə başçısının imzaladığı sərəncama əsasən həmin ailələrə müvafiq maddi yardımın edilməsi nəzərdə tutulub. Təbii ki, maddi yardım göstəriləcək", - deyə X. Məmmədov bildirib.

bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page