top of page

Ərdoğan: "“Türk axını” layihəsinin Rusiya tərəfindən dayandırılması xəbərinə inanmayın".

  • Günel Ağayeva
  • 5 дек. 2015 г.
  • 1 мин. чтения

“Qazda ən böyük tədarükçümüz Rusiya, xam neftdə isə İraqdır. Amma hər iki ölkə yeganə resursumuz deyil”.

Bizimtv-nin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə İnnovasiya həftəsindəki çıxışında deyib. Ərdoğan əlavə edib ki, Rusiya ilə Türkiyə arasında yaşanan çətinlikdə ilk ağla gələn, hamını narahatlığa sövq edən məsələ qaz məsələsi olub: “Burada bu məqamın xüsusi qeyd etmək istərdim. Türkiyə bir qəbilə dövləti deyil. Biz sərhədlərimiz üzərində, suveren hüquqlarımız üzərində əməliyyat edənlərə qarşı lazımi xəbərdarlıqlarımızı etmişik. Bir deyil, iki deyil, üç deyil, bu xəbərdarlıqlar həmişə olub, amma bütün bunlara baxmayaraq, bu, təəssüf ki, belə bir nəticəyə gətirib çıxardı. “Türk axını” layihəsinin Rusiya tərəfindən dayandırıldığı istiqamətində xəbərlər yayılıb. Bu yalan xəbərlərə inanmayın. Tam əksinə, “Türk axını” tələblərimizi ödəmədiyi üçün bir müddətdir ki, bizim tərəfimizdən dayandırılıb. Biz Rusiyanın böhranı artırma üslubunu və metodlarını əsla qəbul etmirik. Hazırda onların dili ilə də danışmırıq. Biz, diplomatik dillə danışırıq”.

bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page