top of page

Türkiyədən Azərbaycana ət idxalına 1 il məhdudiyyət qoyulub.

  • Günel Ağayeva
  • 1 дек. 2015 г.
  • 1 мин. чтения

Türkiyənin bəzi rayonlarından mal-qara və heyvan mənşəli məhsulların idxalına qoyulmuş məhdudiyyət karantin müddəti başa çatdıqdan bir il sonra tam aradan qaldırılacaq.

Bizimtv xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu, dabaq epidemiyasının aşkarlanması zamanı nəzərdə tutulmuş normal prosedurdur:

“Dabaq epidemiyası aşkar ediləndə ölkə, adətən, 21 gün davam edən karantin elan edir. Bundan sonra Beynəlxalq Epizootik Bürosu karantinin başa çatmasını elan edir, lakin epidemiyanın aşkarlandığı ərazidən mal-qaranın, onların ətləri və ya bu ətdən istehsal edilmiş məhsulların idxalı 1 il ərzində məhdudlaşdırılır”.Beynəlxalq Epizootik Bürosu ötən həftə Türkiyədə dabaq epidemiyasının aşkarlanması barədə məlumat yaymışdı.

Dövlət Xidmətindən bildiriblər ki, Azərbaycanda dabaq və digər infeksiya xəstəlikləri ilə bağlı epizootik vəziyyət sabitdir.

bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page