Millət vəkili TÜRKSOY tərəfindən mükafatlandırılıb.
- Günel Ağayeva
- 1 дек. 2015 г.
- 1 мин. чтения

Millət vəkili Qənirə Paşayeva Türk Dünyası Ədəbiyyatına xidmətlərindən dolayı TÜRKSOY tərəfindən mükafata layiq görülüb.
Bizimtv xəbər verir ki, TÜRKSOY-un baş katibi Düsen Kaseinovun adından təqdim olunan mükafatda “Türk Ədəbiyyatına etdiyiniz xidmətlərdən ötrü” sözləri qeyd olunub.
Təşkilat adından mükafatı millət vəkili Qənirə Paşayevaya Atatürk Mərkəzinin şöbə müdiri, yazar Əkbər Qoşalı təqdim edib.
Bundan öncə də Qənirə Paşayevanın TÜRKSOY mükafatına layiq görüldüyünü diqqətə çatdıran Əkbər Qoşalı tədbir iştirakçılarına təşkilat rəhbərinin və özünün düşüncələrini də çatdırıb.
Millət vəkili Q.Paşayeva TÜRKSOY-a təşəkkür edərək hər zaman bu təşkilatın könüllü elçisi olmaqdan qürur duyduğunu və bundan sonra da hər zaman yanında olacağını deyib.
bizimtv (gün.az)
Comments