top of page

Xalq artistinin 80 illik yubileyi keçiriləcək.

  • Günel Ağayeva
  • 30 нояб. 2015 г.
  • 1 мин. чтения

Xalq artisti, bəstəkar Ağadadaş Dadaşovun 80 illik yubileyi münasibətilə tədbirlər planı hazırlanıb. Bizimtv Report-a istinadən xəbər verir ki, dekabrın 2, 4 və 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, bəstəkar Ağadadaş Dadaşovun 80 illik yubileyi münasibətilə klassik musiqi axşamları keçiriləcək.Dekabrın 2-də kamera musiqisi, 4-də simfonik musiqi axşamı, 5-də isə xalq çalğı alətləri orkestrinin ifasında konsert təqdim ediləcək. Xatırladaq ki, A.Dadaşov 1935-ci ildə anadan olub. 1950-1954-cü illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. A.Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olub, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib. 1958-1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirib. Bəstəkar 2005-ci ildə əməkdar incəsənət xadimi, 2008-ci ildə respublikanın xalq artisti adına layiq görülüb.

bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page