Yaponiya İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaqdan imtina edib.
- xəbərlər
- 29 нояб. 2015 г.
- 1 мин. чтения

Yaponiyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq niyyəti yoxdur. Bizimtv-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya XİN mətbuat katibi Yasuxisu Kavamuru bildirib.
“Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirən koalisiyada iştirak etmək niyyətində deyil. Həmçinin loqistik dəstəyin, hava zərbələrin və ya İŞİD-ə qarşı hər-hansı digər hərbi fəaliyyətlərin təmin olunması ilə bağlı koalisiyaya kömək etmək planlaşdırılmır”, deyə məlumatda qeyd olunub.
Yasuxisu Kavamuru qeyd edib ki, Yaponiya qaçqınlara humanitar yardım göstərməkdə davam edəcək.
bizimtv
Comentários