Rusiyada vertolyot qəzası nəticəsində 4 nəfər ölüb.
- Günel Ağayeva
- 29 нояб. 2015 г.
- 1 мин. чтения

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində “AS-350” vertolyotu qəzaya uğrayıb.
RusiyaDaxili İşlər Nazirliyi Regional İdarəsinin saytında yerləşdirilən məlumatda bildirilir ki, noyabrın 29-da qəzaya uğrayan vertolyotun göyərtəsində beş nəfər olub. Onlardan dördü ölüb, bir nəfərin aqibəti isə məlum deyil.Tümen şəhərindən Xantı-Mansiyskə uçan vertolyot neft şirkətlərindən birinin əməkdaşlarını Surqut rayonundakı yatağa aparırmış. İlkin məlumata görə, “Skol” aviaşirkətinə məxsus vertolyot qəza nəticəsində kiçik hissələrə parçalanıb.
Hazırda qəza yerində istintaq-əməliyyat qrupu işləyir. Qəzanın səbəbi hələlik məlum deyil.
bizimtv (APA)
Comments