top of page

Putin Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoydu.

  • Günel Ağayeva
  • 29 нояб. 2015 г.
  • 1 мин. чтения

Rusiya prezidentiVladimir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyub.Bizimtv “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

“Rusiya hökuməti tərəfindən tərtib olunan siyahıya daxil edilməyən iş verənlərə, iş (xidmət) sifarişçilərinə 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının əmək fəaliyyətinə, işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsinə qadağa qoyulub”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, Vladinir Putin həmçinin Rusiyada Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyub.

Bundan başqa, Rusiya prezidenti Türkiyədən malların Rusiyaya gətirilməsinə qadağa qoyulmasına dair göstəriş verib.

Qeyd edək ki, V.Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

 
 
 

Comentarios


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page