top of page

Lukaşenko: “Azərbaycan hər zaman Belarusa güvənə bilər”.

  • Xəbərlər
  • 28 нояб. 2015 г.
  • 1 мин. чтения

Bizimtv belta.by saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib. Çətin vaxtlarda Azərbaycanın göstərdiyi dəstəyi xatırladıqlarını deyən Belarus prezidenti yardıma görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edib. A. Lukaşenko Azərbaycan və onun xalqına hər zaman yüksəklərdə olmağı, qarşılaşdığı çətinlikləri dəf etməyi arzulayıb: "Bilin ki, burda sizin dostlarınız var”. Belarus prezidenti qeyd edib ki, iqtisadiyyatda çətin vaxtlar yaşanmasına baxmayaraq, iki dövlət ticarət dövriyyəsini eyni səviyyədə saxlayıb: “Biz münasibətlər üçün yaxşı təməl yaratmışıq”. A. Lukaşenko onu da əlavə edib ki, Belarus və Azərbaycan arasında hər hansı gərginlik və qapalı mövzu yoxdur: "Kimincə xoşuna gəlmirsə, bu, onların problemidir". O, Azərbaycan prezidentini özünün və Belarus xalqının dostu adlandırıb.

Bizimtv

Comentarios


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page