Rusiyanın Suriyadakı aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayı
- Günel Ağayeva
- 26 нояб. 2015 г.
- 1 мин. чтения

Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirilən “S-400” zenit-raket sistemi döyüş növbəsinə başlayıb.Bizimtv “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə RusiyaMüdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
“Rusiya ali baş komandanın qərarına uyğun olaraq “S-400” zenit-raket sistemi operativ şəkildə Rusiyanın Suriyadakı “Xmeymim” aviabazasına gətirilərək döyüş növbəsinə başlayıb”, deyə İqor Konaşenkov bildirib.
Qeyd edək ki, “S-400” zenit-raket sisteminin Suriyadakı “Xmeymim” aviabazasında yerləşdirmək qərarı Rusiyanın “Su-24” döyüş təyyarəsinin Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulduqdan sonra verilib.
bizimtv
Comentarios