Ağdamda məcburi köçkün şəhərciyində evdə zəif partlayış olub.
- Günel Ağayeva
- 26 нояб. 2015 г.
- 1 мин. чтения

Fövqəladə Hallar Nazirliyindən (FHN) Ağdamrayonunun Səfərli qəsəbəsində yaşayış evində partlayış baş verməsi barədə məlumatlara münasibət bildirilib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,Ağdam rayon Səfərli qəsəbəsində yerləşən məcburi köçkün şəhərciyində qaz sızmasından bir evdə zəif partlayış olub.
Partlayış nəticəsində Ələkbərova Çiçək Şahmar qızı qolundan yüngül yaralanıb.
Bizimtv
Comments