top of page

Azərbaycanlı dirijor Rusiya orkestrini idarə edəcək.

  • Günel Ağayeva
  • 26 нояб. 2015 г.
  • 1 мин. чтения

Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələrin laureatı, Prezident mükafatçısı Əyyub Quliyev noyabrın 30-dan dekabrın 7-dək Moskvada qastrol səfərində olacaq. Bizimtv-nin Report-a istinadən məlumatına görə, gənc dirijor Rusiyanın “Kultura” kanalının keçirdiyi gənc musiqiçilərin “Şelkunçik” beynəlxalq telemüsabiqəsinin rəsmi açılış və bağlanış mərasimində Rusiya Milli Simfonik Orkestrini idarə edəcək. Bu müsabiqə 2000-ci ildən gənc akademik musiqi ifaçıları arasında hər il keçirilən populyar musiqi tədbirlərindən biridir. Müsabiqədə istedadlı musiqiçilər üç kateqoriya - skripka, fortepiano, zərb və nəfəs alətləri üzrə yarışacaq. Qeyd edək ki, bu il müsabiqədə Böyük Britaniya, Avstriya, ABŞ, Kanada, Yaponiya, Çin, Norveç, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Polşa, Türkiyə, Moldova, Qazaxıstan, Ukrayna, Belarus və başqa ölkələrdən gənc musiqiçilər iştirak edəcək.

bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page