Tunis prezidenti ölkədə fövqəladə vəziyyət elan edib.
- Günel Ağayeva
- 25 нояб. 2015 г.
- 1 мин. чтения

Tunis prezidenti Beci Kaid Essebsi ölkədə fövqəladə vəziyyəti, paytaxt Tunisdə isə komendant saatı elan edib.
Bizimtv-nin xarici KİV-ə istinadən xəbər verir ki, komendant saatı dünən naməlum şəxslərin prezident mühafizəsinin avtobusunu partlatmasından sonra elan edilib. Bu hadisə zamanı azı 12 nəfər ölüb.
Ölkəsinin terrorizmə qarşı müharibə şəraitində olduğunu bəyan edən Tunis prezidenti dünya ictimaiyyətini ekstremizmə qarşı mübarizədə əməkdaşlığa çağırıb.
Qeyd olunur ki, hücum zamanı Essebsi avtobusda olmayıb.
Xatırladaq ki, Tunisin eyniadlı paytaxtında noyabrın 24-də naməlum şəxslər prezident mühafizəsinin avtobusunu partladıb, azı 12 nəfər ölüb.
Bizimtv
Comments