Tanınmışlar əlillər üçün konsert verəcək.
- Günel Ağayeva
- 25 нояб. 2015 г.
- 1 мин. чтения

Dekabrın 3-də Heydər Əliyev Sarayında “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş konsert keçiriləcək. Məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdi. Tədbirdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Səlim Abbasov (skripka), müğənnilər Bahar Lətifqızı, Mirkamil Kamilov, Vüsalə Əsgərova, Eldəniz Məmmədov, Şəhla Həmidova, İlahə İbadova, Elvin Abdullayev, Elcan Rzayev, Kəmalə Nəsibova və fiziki qüsurlu istedadlı ifaçılar Murad Sadıq, Minayə Şirinova, Polad Həsənov, Kifayət Mikyılova, Vüsalə Əliyeva, Xatirə Hacıyevə, Məhəmməd Abışov, Rövşən Manafov, Ağaməli Niftəlizadə, Gülnaz Talıbova iştirak edəcək və mahnılar səsləndirəcəklər. Müğənniləri səhnədə Əsəd Əliyevin rəhbərliyi ilə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Bizimtv (Axşam.az)
Comments