Rusiya Türkiyədən toyuq ətinin idxalına qadağa qoyur.
- Günel Ağayeva
- 25 нояб. 2015 г.
- 1 мин. чтения

Rusiya Türkiyənin “CP Standart” qida şirkətinin istehsal etdiyi quş ətinin idxalına müvəqqəti qadağa qoyacaq.
Bizimtv-nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Rosselxoznadzor”un qadağası dekabrın 1-dən güvvəyə minəcək.
Müvəqqəti qadağanın səbəbi idxal edilən məhsullarda listeriya bakteriyalarının aşkarlanmasıdır.
Dekabrın 1-dək isə Rusiyaya idxal olunan “CP Standart”ın məhsulları xüsusi laborator nəzarətdən keçiriləcək.
Bizimtv
Comments