top of page

Rusiya müdafiə naziri: ""Su-24"ün şturmanı sağ-salamat bazaya gətirilib".

  • Günel Ağayeva
  • 25 нояб. 2015 г.
  • 1 мин. чтения

Bizimtv-nin "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

Nazir bu haqda rusiya prezidenti Vladimir Putinə məruzə edildiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi "Su-24" təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı səfiri Ümid Yardıma ölkəsinin ciddi xəbərdarlığını təqdim edib.

Rusiyanın Müdafiə Nazirliyi "Su-24"ün pilotlarından birinin öldüyünü bildirmişdi.

Xatırladaq ki, noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page