Metropoliten gecə saat 01.00-a qədər işləyəcək.
- Günel Ağayeva
- 25 нояб. 2015 г.
- 1 мин. чтения

“Bakı Metropoliteni cümə axşamı gecə saat 01:00-a qədər işləyəcək”. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən aznews.az-a verilən məlumata görə, “Qarabağ” klubu bununla bağlı quruma müraciət edib: “Metropoliten rəhbərliyi klubun bu müraciətinə müsbət cavab verib. Qərara alınıb ki, azarkeşlərin evlərinə getmələrini təmin etmək üçün metropoliten 1 saat artıq işləsin. Çalışacağıq ki, bütün azarkeşlər metrodan istifadə edə bilsin”. Qurumdan bildirilib ki, ehtiyac olacağı təqdirdə bu müddətin daha da uzadıla bilər. Qeyd edək ki, noyabrın 26 saat 22:00-da "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Totenhem" klubu ilə qarşılaşacaq.
Bizimtv








Комментарии