top of page

Bakıda Giya Kançelinin 80 illik yubileyi qeyd olunacaq.

  • Günel Ağayeva
  • 25 нояб. 2015 г.
  • 1 мин. чтения

Noyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Gürcüstanın görkəmli bəstəkarı Giya Kançelinin anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının, Gürcüstan musiqiçilərinin çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Giya Kançeli 10 avqust 1935-ci ildə Tiflisdə anadan olub. 1983-cü ildə SSRİ-nin xalq artisti fəxri adına layiq görülüb.

G. Kançeli “Mimino”, “Küp”, “Milli bomba” və başqa filmlərin bəstəkarıdır.

Bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page