Əhməd Davudoğlu: “Sərhədlərimizi pozanlara qarşı tədbir görmək həm beynəlxalq haqqımız, həm də vəzif
- Günel Ağayeva
- 24 нояб. 2015 г.
- 1 мин. чтения

“Türkiyə və ətrafında sülhü təmin etmək, ölkənin demokratiya, sabitlik və təhlükəsizliyini qorumaq naminə bütün mümkün vasitələri səfərbər edəcəyimizdən bütün dünya əmin olmalıdır”.
APA-nın xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Türkiyənin hava sərhədlərini pozan təyyarələrə qarşı Türkiyə Silahlı Qüvvələrinin anında verdiyi reaksiya məhz bu çərçivədə anlaşılmalıdır: “Hava və quru sərhədlərimizi pozanlara qarşı hər cür tədbir görmək həm beynəlxalq hüquqdan irəli gələn haqqımız, həm də milli vəzifəmizdir. Sərhədlərimizin təhlükəsizliyindən, ölkəmizin alov çəmbəri içərisində rifahından, vətəndaşlarımızın həyatı və izzətindən söhbət gedirsə, hər cür fədakarlığa hazır olduğumuzu və hər cür tədbiri görəcəyimizi cümlə-aləmin bilməsini istəyirik".
Bizimtv
Comentarios