Prezident İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib.
- Günel Ağayeva
- 24 нояб. 2015 г.
- 1 мин. чтения

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Draqan Çoviçi ölkəsinin milli bayramı münasibət ilə təbrik edib.
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik günü münasibətilə sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına sülh və firavanlıq arzulayıram”.
Bizimtv
Comments