top of page

İspaniya millisi Bakıya gələcək.

  • Günel Ağayeva
  • 24 нояб. 2015 г.
  • 1 мин. чтения

Azərbaycan yığmalarının seçmə mərhələ oyunlarını keçirəcəyi ölkələr müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl püşkü atılan 19 və 17 yaşadək qızlardan ibarət komandaların yarışlarında meydan sahibləri bəlli olub.

19 yaşadək qızlar arasında AVRO-2016-nın elit-raundunda oynayacaq yığmamızın yer aldığı qrupun qarşılaşmaları İrlandiyada baş tutacaq. Gələn il aprelin 5, 7 və 10-da keçiriləcək oyunlarda millimiz və meydan sahibləri ilə yanaşı, Almaniya və Polşa da mübarizə aparacaq.

19 yaşadək qızlardan ibarət yığmamız AVRO-2017-nin seçmə mərhələsini Bakıda keçirəcək. Gələn il sentyabrın 15-20-də millimiz 8-ci qrupda İspaniya, Ukrayna və Latviya ilə qarşılaşacaq.

AVRO-2017-nin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək qızlardan ibarət millimiz isə Macarıstanda qüvvəsini sınayacaq. 2016-cı il oktyabrın 8-13-də baş tutacaq 3-cü qrupun matçlarda Polşa və Estoniya da mübarizə aparacaq.

Comentários


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page