top of page

“Qarabağ” – “Tottenhem” matçının hakimləri müəyyənləşdi.

  • Günel Ağayeva
  • 23 нояб. 2015 г.
  • 1 мин. чтения

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Tottenhem” oyununun hakimləri açıqlanıb.

apasport.az xəbər verir ki, UEFA noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək V turun matçına yunanıstanlı hakimləri göndərəcək.

Qarşılaşmanın baş hakimi Anastasios Sidiropulos olacaq.

Ona Damianos Eftimiadis və Polkronis Kostaras kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lazaros Dimitriadis yerinə yetirəcək.

Əlavə hakim köməkçiləri isə Mixael Kukulakis və Stavros Tritsonis olacaqlar.UEFA nümayəndəsi kimi Bakıya avstriyalı Kristian Mutşler gələcək. Qarşılaşmanın hakim-inspektoru rusiyalı Yuri Baskakov olacaq.

Qeyd edək ki, Sidiropulos 2010-cu ildə UEFA Kubokunda “Buduçnost” – “Bakı” (1:2) və 2012-ci ildə 21 yaşlılar arasında Azərbaycan – İngiltərə oyununda (0:2) 4-cü hakim olub.

Opmerkingen


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page