top of page

Fidan və Xuraman Qasımova bacıları konsert proqramı ilə çıxış ediblər.

  • Günel Ağayeva
  • 22 нояб. 2015 г.
  • 1 мин. чтения

Ötən axşam Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dünya şöhrətli opera müğənniləri, Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımova bacıları “Sizinlə bu axşam Fidan və Xuraman” adlı geniş konsert proqramı ilə çıxış ediblər.

APA-nın məlumatına görə, anşlaqla keçən konserti dirijor, xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən söz açıb.Daha sonra Fidan və Xuraman bacıları xalq və bəstəkar mahnıları ilə yanaşı, dünya vokal sənətinin incilərindən olan bir sıra kompozisiyalar səsləndiriblər.

Konsertdə xalq artisti Alim Qasımov, tanınmış caz ifaçısı Emil Əfrasiyab müxtəlif ifalarla çıxış ediblər.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page