top of page

“Real”–“Barselona” oyunu yekunlaşdı.

  • Günel Ağayeva
  • 22 нояб. 2015 г.
  • 1 мин. чтения

İspaniya La Liqasının XII turunda "Real Madrid"lə "Barselona" arasında "El-Klasiko" gerçəkləşib. "Report"un məlumatına görə, Madriddəki Santyaqo Bernabeu" stadionunda keçirilmiş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

İlk və son qolu Luis Suares (dəq. 11; 74) vurub. Qalan 2 qolun müəllifi isə Neymar (dəq. 39) və Andres İnyesta (dəq. 53) olub.

"Barselona"nın heyətində Lionel Messi zədəsini yenicə sağaltdığı üçün start heyətdə yox, 56-cı dəqiqədə meydana daxil olub. "Real Madrid"dən isə Kriştianu Ronaldu gözlənilən oyunu sərgiləyə bilməyib.

Bu qələbə sayəsində "Barselona" xallarını 30-a çatdıraraq, 2-ci pillədəki "Real Madrid"i 6 xal üstələyib.

Bizimtv

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page