top of page

Çində kömür mədənində yanğın.

  • Günel Ağayeva
  • 21 нояб. 2015 г.
  • 1 мин. чтения

Xinhua agentliyi yazır ki, yanğın cümə günü Tsisi şəhərində dövlətə məxsus mədəndə başlayıb.Çinin şimal-şərqində kömür mədənində baş verən yanğın 21 nəfəri öldürüb, bir nəfərsə itkin düşüb.İlkin məlumatlarda 21 nəfərin yerin altında qaldığı deyilib.Yanğının səbəbi bəlli deyil.Çinin kömür mədənlərində işçilərin ölümü ilə nəticələnən yanğınlar tez-tez baş verir.Lakin hökümət son illərdə kömür mədənlərində təhlükəsizliyi təmin edən ciddi qaydalar qəbul etdiyindən ölkənin təhlükəsizlik hesabatlarında inkişaf hiss edilir.Yanğın başlayanda içəridə 38 nəfər olsa da, onlardan 16-sı yanğından canını qurtara bilib.Hökümət deyir ki, yanğın nəzarət altındadır.

Comentários


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page