top of page

Paris: nümayişlərə qoyulan qadağa vaxtı uzadılır.

  • Günel Ağayeva
  • 21 нояб. 2015 г.
  • 1 мин. чтения

Le Parisien qəzeti bildirib ki,Fransa höküməti Parisdə küçə nümayişlərinə qoyulmuş qadağanın vaxtını 30 noyabra qədər uzadıb.Bundan əlavə, polis Parisin şimalında yerləşən Saint Denisdə binaların birində apardıqları əməliyyat nəticəsində saxlanılan 7 nəfəri azad edib.Lakin hücumlarda şübhəli bilinənlərə evini kirayəyə verən Jawad Bendaoud barəsində həbs-qətimkan tədbiri seçilib.13 noyabrda Parisdə silahlılar və canlı bombalar konsert zalını, əsas stadionu, əhalinin sıx olduğu restoran və bara hücum edərək 129 nəfəri öldürüb və 352 nəfəri yaralayıb.Hadisəyə görə məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.Hücumdan sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Fransa polisi hücumların təşkilində şübhəli bilinənləri saxlamaq üçün Saint Denisdə reyd keçirib və hücumları təşkil etməkdə şübhəli bilinən Abdelhamid Abaaoud öldürülüb.Bu arada isə Fransada müzakirə edilən digər önəmli məsələ, Parisin su ehtiyatının bakterial və kimyəvi hücum hədəfi ola bilmə ehtimalıdır."Bu hədələri 3 milyonluq parisli üçün su istehsalı, ehtiyatı və paylaşımına nəzarət edən Eau de Paris şirkəti çox ciddi qəbul edir", Fransanın gündəlik Aujourd'hui qəzeti yazıb.Şirkət bildirib ki, 6 əhəmiyyətli su anbarı "ciddi yoxlanılır və qorunur".Bundan əlavə bakterial zəhərlənmənin olub-olmamasını yoxlamaq üçün suda əlavə xlorin vurulub."Su adətən sağlamlıq səbəbləri ilə əlaqədar xlorinləşdirilir, amma indi onun səviyyəsi artırılıb," Eau de Paris şirkətinin prezidenti Celia Blauel qeyd edib.Xlorinin səviyyəsi düşərsə, bu, suyun zəhərləndiyi deməkdir.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page